Türkiyə Superliqası təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu vəzifəyə Ömer Erdoğan təyin olunub. Onunla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, mütəxəssis istefa verən Mustafa Dalcını əvəzləyib.