"Mançester Yunayted" braziliyalı futbolçu ilə razılığa gəldi

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az "Mirror"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Ayaks”ın yarımmüdafiəçisi Antoni ilə razılaşıb. 

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir. Braziliyalı yarımmüdafiəçinin keçidi üçün “Ayaks”a 100 milyon avro ödəniləcəyi bildirilir.

Qeyd edək ki, Antoni ötən mövsüm Niderland çempionatında 23 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right