"Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanqın evi qarət edilib.
Newsport.az "El Pais"ə istinadən xəbər verir ki, 4 nəfər oğru oyunçunun evindəki seyfi açaraq oradan qızıl-zinət əşyaları götürüb.
Bildirilir ki, qarətçilər Obameyanqı və onun həyat yoldaşını odlu silahla hədələyiblər. Daha sonra oğrular hücumçunu döyüblər və maşına minərək qaçıblar.
Polis hazırda qarətçiləri axtarır.