"Roma" yeni transferini açıqladı

İtaliya millisinin üzvü Andrea Belottinin "Roma"ya keçidi rəsmiləşib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə 1+2 illik müqavilə imzalanıb. O, paytaxt klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Belotti 2015-ci ildən “Torino”da çıxış edirdi. İtaliya millisinin üzvü Turin klubunda 251 oyuna çıxıb, 113 qol vurub. O, bu yay "Torino"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right