"Dinamo" qalib gəldi, Mahirə ehtiyac duyulmadı

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 7-ci tur oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Sibenik"in qonağı olub. Matç "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu görüşdə iştriak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Bu nəticədən sonra "Dinamo" xallarını 19-a çatdıraraq liderliyini qoruyub.

28 avqust

20:30. "Sibenik" - "Dinamo" (Zaqreb) - 1:2

Qollar: İvanuşeç, 35 (0:1), Mina, 37 (1:1), Petkoviç, 68-pen. (1:2)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right