İtaliya millisinin üzvü "Roma"da

"Roma" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Torino"dan ayrılan Andrea Belotti ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

28 yaşlı hücumçu artıq Romaya gələrək, tibbi müayinədən keçib. Transferin yaxın zamanda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ilin yayından “Torino”da çıxış edən Belotti bu müddətdə 251 oyuna 113 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right