"Verona" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi "Yurqorden"dən İsak Hini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"Verona" isveçli futbolçu üçün klubuna 3,2 milyon avro ödəyib.