Türkiyənin “Ankaragücü” komandasının baş məşqçisi Mustafa Dalcı istefa verib.
Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis ötən gün baş tutan “Fatih Karagümrük”lə səfər matçından sonra baş tutan mətbuat konfransında postundan ayrıldığını açıqlayıb.
Buna onun komandasının 1:4 hesablı məğlubiyyətlə üzləşməsi səbəb olub.
Mustafa Dalcı 2021-ci ilin yanvarından “Ankaragücü” komandasına rəhbərlik edirdi. Sözügedən kollektiv onun rəhbərliyi altında ötən mövsüm TFF 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazanıb. Lakin Super Liqada bu mövsüm baş tutmuş 4 turdan sonra Ankara təmsilçisi cəmi 1 xal toplaya bilib.