“Atletik” klubu PSJ-nin futbolçusu Ander Herreranı icarəyə götürüb.
Newsport.az-ın məlumatına görə, PSJ-də az şans qazanan 33 yaşlı yarımmüdafiəçi Bilbaoya qayıtmağa qərar verib.
Bir illik icarə müddətindən sonra “Atletik” futbolçunun transfer hüququna sahib çıxa biləcək.
33 yaşlı Herrera 2011-2014-cü illərdə “Atletik”də çıxış edib.