“Bir neçə gündə çox şey dəyişəcək” Qalte

PSJ-nin baş məşqçisi Kristof Qalte klubun hələ ki, bütün transferləri həyata keçirmədiyini bildirib.

Newsport.az-ın məlumatına görə, o, yaxın bir neçə gündə transferlər edəcəklərini deyib:

“Yaxın bir neçə gündə çox şey dəyişəcək. Bəzi futbolçular artıq ayrılır, bəziləri bizə qoşulmağı gözləyir. Bu nə qədər gec baş verərsə, onları inteqrasiya etmək bir o qədər çətin olacaq. Amma yeni transferlərimiz daha sürətli uyğunlaşa bilən əla oyunçulardır”.

Hücumçu Vitinya, yarımmüdafiəçi Renato Sançeş, müdafiəçilər Nuno Mendes və Nordi Mukiele hazırkı transfer pəncərəsində PSJ-nin yeni transferləri olub.

Fransa çempionatının üç turundan sonra PSJ 9 xalla turnir cədvəlinə başçılıq edir. Komanda növbəti turda “Monako” ilə qarşılaşacaq. Oyun avqustun 28-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right