“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan “Olimpiakos”u futbolçusu Kostas Fortounisla müqavilənin müddətini uzadıb.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Fortounis 2014-cü ildən “Olimpiakos”da çıxış edir. “Köhlən atlar” bu komandaya qarşı ilk matçını oktyabrın 6-də səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakı keçirəcək.