Ançelotti Çempionlar Liqasının püşkünü dəyərləndirdi

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin püşkü barədə fikirlərini bölüşüb. 

Newsport.az "Mundo Dportivo"ya istinadən xəbər verir ki, o, F qrupundakı rəqibləri "Leyptsiq", "Şaxtyor" və "Seltik"ə hörmətlə yanaşmalı olduqlarını deyib:

“Bu, xüsusi Çempionlar Liqası olacaq. Çünki qrup mərhələsinin bütün oyunlarını 2 ay ərzində keçirməliyik. Keçən il "Şerif"lə ev matçı ən asan kimi göründü, amma biz uduzduq. Ona görə də rəqiblərə hörmətlə yanaşmalıyıq. Qlazqo və Leyptsiqdə oynamaq asan olmayacaq. Qalan komandalar "Real"a necə hörmət edirsə, biz də rəqiblərə elə hörmətlə yanaşmalıyıq”.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi də elə "Real"dır. Həmçinin Ançelotti UEFA tərəfindən ötən mövsümün ən yaxşı məşqçisi seçilib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right