"Viktoriya"nın futbolçusu: "Xəyallarımızdakı rəqiblərlə qarşılaşacağıq"

"Bu, sadəcə fantastikdir. Xəyallarımızdakı rəqiblərlə qarşılaşacağıq".

Newsport.az xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Yan Sikora UEFA Çempionlar Liqasının püşkünü UEFA-nın rəsmi saytına dəyərləndirərkən deyib.

28 yaşlı yarımmüdafiəçi çox həyəcanlı olduğunu bildirib: "İspaniya "Barselona"sı C qrupuna düşən kimi yalnız bu qrupu izlədim. Almaniya "Bavariya"sı və İtaliya "İnter"i də orada olanda tamamilə gözəl oldu".

Qeyd edək ki, "Viktoriya" Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:0;2:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right