"Viktoriya"nı qiymətləndirməmək olmaz" Noyer

"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. 

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, qolkiper C qrupunda "Barselona", "İnter" və pley off-da "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Viktroriya" ilə keçirəcəkləri matçlar barədə danışıb:

"Barselona" və "İnter" qrup mərhələsində parlaq komandalardır: İki super klub, iki super stadion... Mən bu qrupdakı matçları səbirsizliklə gözləyirəm. Məqsədimiz qrupdan çıxmaqdır. Lakin Plzen "Viktoriya"sını da qiymətləndirməmək olmaz. Robert Levandovski ilə belə tezliklə görüşə biləcəyimiz isə çox xoşdur”.

Qeyd edək ki, Robert bu yay transfer pəncərəsində "Bavariya"dan "Barelona"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right