"Frayburq"un baş məşqçisi: "Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı"

"Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam".

Newsport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis hər hansı rəqiblə düşməyin heç bir əhəmiyyətinin olmadığını bildirib: "Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik".

Qeyd edək ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci, "Frayburq" isə üçüncü səbətdən qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right