Avroliqada qrupun son iştirakçıları məlum oldu

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az xəbər verir ki, bununla da qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komandanın adı məlum olub.

Qeyd edək ki, daha əvvəl 22 komanda qrup mərhələsində iştirakı təmin edib. Bunlar UEFA reytinqində daha yüksək mövqeyə malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirə birbaşa vəsiqə qazananlar və Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandıranlardır. Onların arasında təmsilçimiz "Qarabağ" da var.

UEFA Avropa Liqası, pley-off mərhələsi

Cavab oyunları

 

19 avqust

20:00 AEK (Larnaka, Kipr) - "Dnepr-1" (Ukrayna) - 3:0

Qollar: Adam Dyurço, 21, Elder Lopeş, 45, Nikos Enqlezu, 78

İlk oyun - 2:1

20:00. "Jalgiris" (Litva) - "Ludoqorets" (Bolqarıstan) - 3:3 

Qollar: Fabyen Ureqa, 1, Oliver Buff, 16, Renan Oliveyra, 63 - Matias Tissera, 8, 57,  Olivye Verdon, 120-pen

İlk oyun - 0:1.

20:30. "Silkeborq" (Danimarka) - HİK (Finlandiya) - 1:1

Qollar: Coel Feliks, 75 - Malik Abubakari, 40

İlk oyun - 0:1.

21:00. "Fənərbaxça" (Türkiyə) - "Austriya" (Vyana, Avstriya) - 4:1

Qollar: İsmail Yükek, 12. İrfan Can Kahveci, 44, 70, Mert Hakan Yandaş, 79 - Marvin Martins, 45+1

İlk oyun - 2:0

21:00. "Omoniya" (Kipr) - "Gent" (Belçika) - 2:0

Qollar: Andronikos Kakulis, 18. Haralambos Haralambus, 36

İlk oyun - 2:0

21:00. "Şerif" (Moldova) - "Pünik" (Ermənistan) - 0:0 (penaltilər seriyası- 3:2)

İlk oyun - 0:0

21:00. "Sivasspor" (Türkiyə) - Malmö" (İsveç) - 0:2

Qollar: Velko Birmançeviç, 76, İsaak Kise Telin, 90

İlk oyun - 1:3

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Ferentsvaroş" - 1:0

Qol: Endryü Layons, 89

İlk oyun - 0:4.

23:00. "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Kipr) - 1:1 (penaltilər seriyası - 3:1)

Qollar: Giorqos Masuras, 2 - Yoannis Pittas, 90

İlk oyun - 1:1

23:00. "Harts" (Şotlandiya) - "Sürix" (İsveçrə) - 0:1

Qol: Fabian Roner, 80

İlk oyun - 1:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right