"Arsenal" Pepeni Fransa klubuna göndərdi

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Nikolas Pepeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında "Nitsa"nın heyətində keçirəcək.

Qeyd edək ki, "Arsenal" Nikolas Pepeni 2019-cu ilin yayında "Lill"dən transfer etmişdi. Fil Dişi Sahili millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 112 matçda 27 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right