UEFA mövsümün ən yaxşı futbolçusunu açıqlandı

2021/2022 mövsümünün ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, "Real"ın hücumçusu Kərim Benzema başa çatan mövsümün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu komanda yoldaşı Tibo Kurtua və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyneni qabaqlayıb.

Qeyd edək ki, Kərim Benzema "Real"la birlikdə Çempionlar Liqasında 2021/2022 mövsümünün qalibi olub. Fransalı forvard turnirdə meydana çıxdığı 12 matçda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right