İspaniyanın “Sevilya” klubu yarımmüdafiəçisi Roni Lopeslə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi 26 yaşlı futbolçunu Fransanın “Trua” klubuna icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Vinger 2023-cü ilin 30 iyununa kimi Liqa 1 təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Lopes “Mançester Siti” klubunun yetirməsidir. O, 2019-cu ildə “Monako”dan 25 milyon avro qarşılığında “Sevilya”ya transfer olunub.