"Barselona"dan 5 milyon avro tələb edir

"Barselona"nın futbolçusu Martin Breytveyt müqaviləsinə xitam verib, komandadan ayrılmaq üçün klubdan təzminat tələb edib. 

Newsport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 31 yaşlı hücumçu Kataloniya təmsilçisindən 5 milyon avro istəyir. O, rəhbərliyə bildirib ki, müqaviləsi bitənədək - daha 2 il "Barselona"da qalarsa, elə həmin məbləğdə maaş alacaq.

Daha əvvəl qeyd olunmuşdu ki, "Barselona" Martini "Malyorka"ya satmağa hazırlaşır. 

Əlavə edək ki, Martin 2020-ci ilin fevra ayından "Barselona"nın futbolçusudur.  O, bu müddət ərzində ümumilikdə 57 matçda 10 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right