27 il sonra ilk dəfə ÇL-də Türkiyə klubu oynamayacaq

27 il sonra bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin heç bir klubu mübarizə aparmayacaq. 

Newsport.az xəbər verir ki, 2022/23 mövsümündə əvvəlcə "Fənərbaxça" 2-ci təsnifat mərhələsində Kiyev "Dinamo"suna uduzaraq (0:0, 1:2) mübarizəni dayandırıb. "Trabzonspor" isə pley-offda 2 oyunun cəmində Danimarka "Kopenhagen"inə yenilib (1:2, 0:0).

Sonuncu dəfə ÇL-in 1995/1996 mövsümündə Türkiyə təmsilçisi qrup mərhələsində yer almayıb. Həmin vaxt "Beşiktaş" pley-offda "Rusenburq"a məğlub olaraq (0:3, 3:1) mübarizəni dayandırmışdı.

Ümumilikdə 3 dəfə yaşanan bu hal ilk dəfə 1992/1993 mövsümündə baş verib.

Qeyd edək ki, "Trabzonspor" yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. "Fənərbaxça" isə turnirin pley-offunda bu gün "Austriya" ilə cavab oyununa çıxacaq. Bu komandalar arasında ilk oyun Türkiyə klubunun 2:0 hesablıqələbəsi ilə başa çatıb. Türkiyənin digər təmsilçisi "Sivasspor" "Malmö"nu qəbul edəcək (ilk matç - 1:3).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right