"Fənərbaxça"nın futbolçusu Belçika klubunda

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi yarımmüdafiəçi Muhammed Gümüşkaya ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb

21 yaşlı futbolçu karyerasını Belçikada davam etdirəcək. Gənc oyunçu "Vesterlo" klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Muhammed Gümüşkaya son mövsümün ikinci yarısını icarə əsasında "Giresunspor"da keçirib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right