"Çelsi"dən 21 yaşlı futbolçu üçün növbəti təklif

"Çelsi" "Everton"un yarımmüdafiəçisi Entoni Qordondan vaz keçmək niyyətində deyil.

Newsport.az "The Times"a istinadən xəbər verir ki, "zadəganlar" Qordon üçün Mersisayd klubuna 50 milyon funt-sterlinq təklif edib.

Keçidin bu həftənin sonuna qədər həll ediləcəyi gözlənilir.

Bundan əvvəl "Everton" gənc futbolçu üçün "Çelsi"nin hər iki təklifi geri çevirmişdi.

21 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Everton"da çıxış edir. O, "Preston"da icarədə çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right