"Mançester Yunayted"dən 90 milyon avroluq transfer

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Ayaks"ın hücumçusu Antonini transfer edib.

Premyer Liqa təmsilçisi braziliyalı forvardla 5 illik müqavilə imzalayacaq. "Mançester Yunayted"in 22 yaşlı futbolçu üçün Amsterdam təmsilçisinə 90 milyon avro ödəyəcəyi bildirilir.

Antoni "Ayaks"a 2020-ci ilin yayında Braziliyanın "San Paulu" klubundan transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right