Türkiyə klubunda israilli futbolçu

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi israilli yarımmüdafiəçi Dia Sabanı transfer edib.

Bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Saba geridə qalan mövsümü Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda keçirib. Peşəkar karyerasına “Beytar” (Tubruk) komandasında başlamış yarımmüdafiəçi, ölkəsində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Beer Şeva), “Bney Saxnin”, “Makkabi” (Petah Tikva) və “Makkabi” (Netanya) klublarının da formasını geyinib. O, “Əl-Nəsr”dən öncə Çinin “Quançjou” klubunda da legioner həyatı yaşayıb. Hücumameylli yarımmüdafiəçi karyerası ərzində 290 matça çıxıb, 96 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub. O, İsrail yığmasında da 11 oyuna 3 qolla yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right