Keyn Aqueronun rekordunu qırdı

“Tottenhem” İngiltərə Premyer Liqasının III turunda “Vulverhempton”u məğlub edib – 1:0.

Newsport.az-ın məlumatına görə, matçda yeganə qolu vuran Harri Keyn rekorda imza atıb.

“Tottenhem”lə 185-ci qoluna imza atan ingilis hücumçu Premyer Liqada bir komanda ilə ən çox qol vuran futbolçu olub.

Bundan əvvəlki rekord “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueroda idi. Argentinalı forvard “şəhərlilər”də 184 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right