İspaniya millisinin sabiq üzvü, bir müddət əvvəl İtaliya B seriyasında yarışan "Komo"ya keçən Sesk Fabreqas məşqçilik karyerasına hazırlaşır.
Newsport.az-ın məlumatına görə, "Marca"ya danışan Fabreqas futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərmək istəyir:
"Mən futbol oynamağa davam edə bilərəm, bir klubun səhmdarı olaram, həmçinin İsveçrə yaxınlığında gözəl şəhərdə yaşamağım da mümkündü. Övladlarım optimal təhsil və tərbiyənin olduğu İsveçrə məktəbində oxuya bilərlər. Bundan başqa, mən burada məşqçilik karyerasına hazırlaşacam".