Dadaşovlu “Şalke” səfərdən 1 xalla döndü

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb. Dadaşovun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 80-ci dəqiqədə sarı vərəqə də alıb.

“Şalke”nin ikinci komandası 5 turdan sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right