“İnter”in müdafiəçisi Milan Skriniarın PSJ-yə transferi baş tutmayacaq.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı slovakiyalının PSJ-yə keçidinə şəxsən “İnter”in prezidenti Stiven Çanq mane olub. Milanlılar futbolçu ilə müqaviləni 2027-ci ilin iyununa qədər uzatmağa hazırdırlar.
Skriniar 2021/22 mövsümündə “İnter”in heyətində 48 matçda 4 qol vurub. Onub klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.