"Real"ın futbolçusu Kərim Benzema La Liqa tarixinin ən yaxşı bombardirləri siyahısında 8-ci pilləyə yüksəlib.
Newsport.az-ın məlumatına görə, o, La Liqanın 2-ci turunda "Selta" ilə matçda penaltidən fərqləndikdən sonra buna nail olub. Turnirdə 220-ci qolunu vuran fransalı oyunçu "Sportinq"in keçmiş futbolçusu Kini (219 qol) geridə qoyaraq bombardirlər siyahısında 8-ci pilləyə yüksəlib.
Qeyd edək ki, La Liqa tarixinin ən yaxşı bombardiri "Barselona"nın sabiq futbolçusu, hazırda PSJ-də oynayan Lionel Messidir (472 qol)