Qaltedən PSJ-nin hücumçuları haqda açıqlama

PSJ-nin baş məşqçisi Kristof Qalte Neymar, Lionel Messi və Kilian Mbappenin birlikdə oynaması ilə bağlı fikirlərini açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçı, üçlünün hər zaman birlikdə olduğunu deyib:

“Messi və Neymar məşq zamanı birlikdə çox olurlar, çünki Kilian zədəli və ya cəzalı olur. Lakin bu üçlük işləyir, məşqdə bir-birlərini çox axtarırlar. Əsl hücum üçlüyüdür və Mbappenin komandanın hücum xəttinə inteqrasiya etməsi həmişə asandır”.

PSJ Liqa 1-də iki turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right