Yunanıstan “Olimpiakos”u futbolçusu Mamadu Kaneni Kipr "Pafos"una icarəyə verib.
Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında sözügedən klubda keçirəcək.
Qeyd edək ki, Mamadu Kane 2019-2021-ci illərdə "Neftçi"də oynayıb. Afina təmsilçisi 2021-ci ilin yayında onu almışdı. Ancaq oyunçu 2020/2021 mövsümün ilk yarısını icarə əsasında "Neftçi"də keçirmişdi.