Bu gün Almaniya Bundesliqasında III turun növbəti oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Dortmund “Borussiya”sı dogma meydanda “Verder”ə uduzub. 2:0 hesabıyla öndə olan dortmundlular son dəqiqələrəd buraxdıqları qolla meydanı xalsız tərk edib.
“Leypsiq” “Yunion”a, “Bayer” isə “Hoffenyam”a məğub olub.
Turun digər oyunları sabah keçiriləcək.
Almaniya Bundesliqası
III tur
20 avqust
Auqsburq – Maynts – 1:2
Qollar: E.Demiroviç, 35 - K.Onisivo, 31, L.Cey-Sunq, 90+3
Bayer – Hoffenhaym – 0:3
Qollar: K.Baumqartner, 9, A.Kramariç, 35, Q.Rutter, 78
Borussiya Dortmund – Verder – 2:3
Qollar: Y.Brandt, 45+2, R.Qerreyro, 77 – L.Buxanan, 89, N.Şmidt, 90+3, O.Burke, 90+5
Ştutqart – Frayburq – 0:1
Qol: V.Qrifo, 11
Volfsburq – Şalke – 0:0
Yunion – Leypsiq – 2:1
Qollar: Y.Sibatçu, 32, S.Beker, 38 – V.Orban, 83