Kökçü səfər qələbəsinin iştirakçısı oldu

 Niderland I Liqasında III turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının keçmiş futbolçusu Ozan Can Kökcünün formasını geydiyi "Eyndhoven" səfərdə "Helmond Sport"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:0 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 24 yaşlı vinger 68-ci dəqiqədə əvəzlənib.

3 turdan sonra maksimum nəticə göstərən "Eyndhoven" turnur cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right