Klopp “Liverpul”un xəstə və zədəli futbolçularından danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 3-cü turunun “Mançester Yunayted”lə matçında zədəli futbolçulardan hansının oynaya biləcəyindən danışıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi, Nabi Keytanın bir həftədir xəstə olduğunu deyib:

“Nabi Keyta bir həftədir xəstədir, son oyunda ehtiyat oyunçular skamyasında idi. Amma indi məşqdədir, həqiqətən, yaxşı görünür. Hər şey yaxşıdır. Roberto Firmino mükəmməl məşq edir və hazırdır”.

Klopp, Co Qomesin də komandanın sıralarına qayıtdığını açıqlayıb.

“Liverpul”un “Mançester Yunayted”lə oyunu avqustun 22-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right