Uruqvaylı hücumçu Edinson Kavani karyerasını Fransada davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, 35 yaşlı futbolçunun xidmətində “Nitsa” maraqlıdır. Fransa klubu Kavani ilə dərhal müqavilə imzalamağa hazırdır.
Kavani “Mançester Yunayted”lə müqaviləsi başa çatdığı üçün iyulun 1-dən azad agent statusundadır.
35 yaşlı uruqvaylı futbolçu ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 2 qol vurub.