“Real” braziliyalı futbolçusunu icarəyə verdi

İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçularla gücləndirib

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi Madrid “Real”ından braziliyalı yarımmüdafiəçi Reynier Jezusu, “Leqanes”dən isə müdafiəçi Xavi Ernandesi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçunun 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.

“Flamenqo”nun yetirməsi olan Reynier Jezus “Real”a 2020-ci ildə 30 milyon avro qarşılığında transfer olunub. 20 yaşlı futbolçu hələ Madrid təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb. Braziliyalı vinger son iki ili Almaniyanın “Borussiya” (Dortmund) klubunda icarədə keçirib. Brazuliyanın U-23 yığmasının üzvü Bundesliqa klubunda 39 oyunda 1 qolla yadda qalıb.

Xavi Ernandes Madrid “Real”ının yetirməsidir. İspaniyadan olan 24 yaşlı mərkəz müdafiəçisi 2020-ci ildə paytaxt klubundan ayrılaraq “Leqanes”ə keçmişdi. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 77 oyuna çıxıb. Xavi “Real”da olduğu dönəmdə “El Exido” və “Ovyedo”da icarədə də olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right