"Lester Siti" Vardinin müqaviləsini uzatdı

İngiltərənin "Lester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Ceymi Vardinin sözləşməsinin müddətini uzadıb. Bu barədə "tülkülər"in mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü 2024-cü ilədək "Lester Siti"nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ceymi Vardi "Lester Siti"yə 2012-ci ilin yayında "Fleetvud" klubundan transfer olunub. 35 yaşlı forvard bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 387 matçda 164 qol və 64 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right