Millimizin hücumçusu koronavirusa yoluxub

İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusunun İsveçrə çempionatının V turunun "Sion"la  matçından (2:2) sonra verdiyi test nəticəsi müsbət çıxıb.

23 yaşlı futbolçu artıq bir həftəlik karantin müddətini tamamlayıb və o, bu gün İsveçrə kubokunda "Vettsvil-Bonştetten"ə qarşı keçiriləcək oyunda iştirak edə bilər.

Renat Dadaşov cari mövsümdə "Qrasshopper"in heyətində meydana çıxdığı 5 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right