Kazemiro "Real"ın ən baha satdığı 3-cü futbolçudur

Kazemiro "Real"ın tarixində ən baha satılan 3-cü futbolçu olub.

Newsport.az-ın məlumatına görə, onun transferi üçün "Mançester Yunayted" "Real"a 70 milyon avro ödəyəcək.

Madrid klubu yalnız Kriştiano Ronaldo və Anxel Di Mariyanı braziliyalı yarımmüdafiəçidən baha satıb.

Di Mariya 2014-cü ildə 75 milyon avroya "Mançester Yunayted"ə satılıb. Ronaldo isə 2018-ci ildə 117 milyon avroya "Yuventus"a transfer olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right