“Qalatasaray” “Spartak”ın forvardı Şamar Nikolsonu transfer etmək istəyir.
Newsport.az-ın məlumatına görə, Türkiyə klubu “Spartak” və futbolçunun agenti ilə danışıqlara başlayıb. Yamayka millisinin forvardı özü “Qalatasaray”da oynamağın əlehinə deyil. Amma Moskva təmsilçisinin forvardın keçidinə icazə verib-verməyəcəyi dəqiq deyil.
25 yaşlı hücumçu ölkəsində “Boys Toun”da oynadıqdan sonra “Domjale”yə keçib. O, 2022-ci ildə “Şarlerua”dan “Spartak”a keçib.