Ançelotti: "Kazemironun qərarını anlayışla qarşılayırıq"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçə biləcəyini təsdiqləyib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu yaxın günlərdə Mançesterə yollanmağa hazırlaşır.

Ançelotti isə Kazemironun seçiminə hörmətlə yanaşacaqlarını bildirib:

"Kazemiro ilə danışdım. O, yeni çağırış axtarışındadı. Biz onun qərarını anlayışla qarşılayırıq".

​30 yaşlı futbolçu “Sao Paolo” yetirməsidi. O, 2013-cü ildən “Real”da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right