İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Berqamo təmsilçisi "Udineze"dən Brandon Soppini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. "Atalanta" fransalı sağ cinah müdafiəçisi üçün qarşı tərəfə 9 milyon avro təzminat ödəyib.