Ovusu Super Liqa klubunda

Türkiyənin “İstanbulspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Ukraynanın “Zarya” klubunun qanalı futbolçusu Raymond Frimponq Ovusunu transfer edib.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Gənc hücumçu yeni klubuna azad agent kimi keçib. İstanbul təmsilçisi bu transferə görə Ukrayna klubuna təzminat ödəməyib.

Raymond Ovusu 2021-ci ilin martından “Zarya”da çıxış edirdi. 20 yaşlı forvard bu komandada 14 oyuna 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right