Çexiya mətbuatı: "Viktoriya" "Qarabağ"ı keçə bilsə, borclarını bağlaya biləcək"

Çexiya mətbuatı “Viktoriya” üçün Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la görüşlərinin əhəmiyyətli olmasından yazıb.

Newsport.az-ın məlumatına görə"Česká televize" Plzen klubunun hazırda 12,2 milyon avro borcu olduğunu qabardıb və qrup mərhələsinə düşərək onların həmin borcları bağlaya biləcəyini vurğulayıb: 

"Bir müddətdir ki, "Viktoriya" satışa çıxarılıb. Onun sahibi Adolf Şadek isə maliyyə problemləri yaşayır. “Viktoriya”nı Çempionlar Liqasının qrup mərhələsinə gedən son yolda Azərbaycan sınağı gözləyir. Əgər bu alınmasa, Avropa Liqasının qrup mərhələsinə düşəcəklərinə zəmanət var. "Viktoriya" "Qarabağ"ı keçə bilsə, tezliklə hesabında kifayət qədər vəsait olacaq və borclarını bağlaya biləcək. Ola bilər ki, məhz buna görə Şadek futbol biznes planını saxlayaraq, onu satmaq əvəzinə kluba güclü sponsorlar cəlb edəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right