Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub. Bu, Türkiyə Super Liqasının yeni mövsümündə ilk baş məşqçi istefasıdır.
“Kasımpaşa” 2-ci turda evdə “Fənərbaxça”ya 0:6 hesabı ilə uduzub.