“Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur” – Tite

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappenin dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Avropadan daha asan olması ilə bağlı fikirlərinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis ESPN telekanalına müsahibəsində forvardla razılaşmadığını söyləyib.

O bildirib ki, Cənubi Amerika ölkələri arasındakı duellər “köhnə qitə”dəkindən qat-qat çətin və balanslıdır:

“Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur”.

Tite 2016-cı ildən Braziliya millisinə rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right