|
"Real"ın hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.
Newsport.az-ın məlumatına görə, imicini dəyişən portuqaliyalı futbolçu Madrid küçələrinin birində topla bacarığını nümayiş etdirib.
Yeni görkəmdə olan Ronaldonu heç kəs tanıya bilməyib. Lakin sonda uşağa avtoqraf verən Ronaldo özünü tanıtdırıb. Bundan sonra ətrafdakı insanlar onun şəkil çəkdirmək və avtoqraf almaq istəyiblər.
|