“Qalatasaray” nigeriyalı hücumçusu Cessi Sekidika ilə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verib.
Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisi “Twitter” səhifəsində məlumat yayıb.
26 yaşlı futbolçu son 2 mövsümü icarə əsasında “Konyaspor”, “Lyöven” və “Eyüpspor” klublarında keçirib.