“Qızıl top” Messi ilə Ronaldonun mübarizəsidir” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe “qızıl top”la bağlı fikirlərini açıqlayıb. O, həmçinin Lionel Messi və Kriştiano Ronaldo arasındakı qarşıdurmanı izləməyi xoşladığını etiraf edib.

Newsport.az-ın məlumatına görə, “Ekip” nəşrinə açıqlamasında fransalı futbolçu bunları deyib:

“Qızıl top” böyük dünyaya bir biletdir. Bizim üçün “qızıl top” hər şeydən əvvəl Messi ilə Ronaldonun mübarizəsidir. Yaddaşları vərəqləyəndə Ronaldinyonu xatırlamaq olar, lakin bu ikisi qarşıdurması ilə hamını kölgədə qoydu. Hər il hər kəs bu dəfə mükafatı kimin qazanacağı ilə maraqlanırdı. Bu, inanılmaz idi. Onları izləmək maraqlı idi”.

Mbappe iyulun 12-də “qızıl top”a namizədlərin siyahısına daxil olub. Mükafatın hazırkı sahibi builki mükafata namizədlər arasında olmayan Lionel Messidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right